ANADANGƏLMƏ ÜRƏK DƏLİKLƏRİNİN KİÇİK KƏSİ (QAPALI ÜSUL) İLƏ QAPATILMASI

Atrial Septal Defekt (ASD) ürəyin qulaqcıq deyilən otaqcıqları arasındakı divarda anadangəlmə dəlik olmasıdır. Ümumiyyətlə müntəzəm yoxlama zamanı təsadüfən aşkarlanır. Xəstə üçün bu vəziyyət gözlənilməz olduğundan bu dəliyin necə qapatılacağı da əhəmiyyətli bir problemdir. Dəliyin böyülüğünden və yerindən asılı olaraq necə qapatılacağı müəyyənləşdirilir. Interventional yəni girişimsel üsullar ilə bəzi xəstələrdə bu ürək içindəki dəliklər qapatıla bilər. Ancaq bu vəziyyətdə dəliyin böyük olmaması, aorta damarına yaxın olmaması və xəstədə Nikel allergiyası olmaması lazımdır. Yəni, hər bir dəlik qasıqdan daxil olarak və angio üsuluyla qapatıla bilməz. Buna görə də cərrahiyyə əməliyyatına ehtiyac olur. Cərrahiyyə üsulda Minimal invaziv müalicə sıx istifadə edilməyə başlandı. Yəni döşün sağ qisiminin altından (xəstələrin təbiri ilə qoltuqaltından) 3-4 sm-lik kəsilər ilə tətbiq olunan bu əməliyyatdan sonra, xüsusilə qadınlarda iz qalmaz.
Minimal invaziv ürək əməliyyatları adlanan kiçik kəsi ilə tətbiq edilən ürək əməliyyatları 1995-ci ildən sonra yayılmışdır. Ənənəvi olaraq döş ortasından açılaraq tətbiq edilən ürək əməliyyatlarına görə daha az qanaxma, daha az qan nəqli ehtiyacı, daha az infeksiya, daha az ağrı, daha az ağrı kəsici istifadəsi, daha az xəstəxanada yatma, daha yaxşı estetik görünüş söz mövzusudur (1). Ancaq xəstəni ürək-ağciyər maşınına bağlaya bilmək üçün qasıqdan tətbiq edilən damar içinə daxil olma əməliyyatına görə arteriyada cırılma, venada laxtalanma kimi damar komplikasyonları da bildirilmişdir (2). Minimal invaziv üsul ilə ASD qapatılması mini torakotomiya (yəni qoltuqaltı) ilə sağ sinə altından bir kəsi ilə və ya bir robot vasitəsilə tətbiq edilə bilər. Hər iki üsulda da təxminən 2 sm-lik bir kəsidən qasıq arteriyasına və venasına daxil olunur və ürək-ağciyər maşını istifadə edilərək və ürək dayandırılır. Mini torakotomiyada sağ sinə altından təxminən 4-5 sm-lik bir kəsi tətbiq edilərkən, sümük kəsilmir, yalnız qabırğalar aralanır və ürəyin sağ qulaqcığına çatılır. Dəliğin böyüklüğünə görə, ASD ya birbaşa tikiş ilə tikilir və ya ürək membranından hazırlanmış yamaq ilə qapatılır. Əməliyyatın müddəti olduqca qısadır. Xəstələr tez qurtarır və evə yazılır. Bu cür “qapalı üsul” və ya “qoltukaltı” olaraq tətbiq edilən minimal invaziv yəni “kiçik kəsi” ürək əməliyyatları xəstəyə çox müsbət enerji verir və bu müsbət enerji əməliyyatdan sonra vəziyyətə müsbət təsir göstərir. Qoruyucu bir müalicə təbiəti daşıdığı üçün (infeksiya, sümük oynaması, qanaxma və s. daha azdır) xəstələrin şərhləri çox müsbətdir (1). Kaynaklar 1- Uymaz B, Sezer G, Köksal Coşkun P, Tarcan O, Ozleme S, Aybek T. Clinical outcome, pain perception and activities of daily life afer minimally invasive coronary artery bypass grafting. Anaolu Kardiyol Derg. 2014 Mar; 14(2): 172-7 2- Jeanmart HCasselman FPDe Grieck YBakir ICoddens JFoubert LVan Vaerenbergh GVermeulen YVanermen H. Avoiding vascular complications during minimally invasive, totally endoscopic intracardiac surgery. J Thorac Cardiovasc surg. 2007 Apr; 133(4): 1066-70

Loading